Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudova sosial şəbəkədə, məşhur gitaraçı Rəmişin son vəziyyəti barədə fotolar paylaşıb.
Aktrisa paylaşımında Xalq artistini ziyarət etdiyini bildirib:
"Bu gün böyük sənətkarımız Rəmişə baş çəkdik. Allahdan böyük sənətkarımıza şəfa diləyirik"
Bizim.Media-ya açıqlama verən aktrisa sənətkarın vəziyyətinin son dərəcədə ağır olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Rəmişin həkimi: "Vaxt itirməmək üçün..."- VİDEO
“Rəmişi mən 40 ildən çoxdur tanıyıram. Getdim, gördüm, getməyimə peşman oldum. Rəmişi o vəziyyətdə görmək mənə pis təsir etdi, sözün düzü, ona heç yaraşdırmadım.
3-4 dəfə səsləndim ki, “Rəmiş, tanıdın məni?!” Gözlərini güclə açıb, başı ilə “hə” dedi. Mən Rəmişi tanıyıram, inanıram ki, o, bu xəstəliyə qalib gəlib ayağa qalxacaq.
Onun xanımı Gülü sağ olsun, necə əvvəllər onun qulluğunda olub, elə indi də onu ovcunun içində saxlayır.”
Qeyd edək ki, gitara ifaçısının ağciyərində və qaraciyərində problemlər yaranıb. Həkimlər ona qaraciyər transplantasiyası edəcəklərini bildiriblər.
İltifat, Bizim.Media