Bakıda avtobuslardan birində sərnişinlər qəribə mənzərə ilə qarşılaşıblar. Sürücü ictimai nəqliyyatın şüşələrinə plyonka çəkdirib.
Bu barədə Bizim.Media-ya 132 nömrəli marşrutdan mütəmadi istifadə edən bir neçə sərnişin müraciət edib.
Sərnişinlərin şikayətlərinə görə həmin plyonkalar onların görünüş dairəsini məhdudlaşdırır, şüşənin şəfaflığını korlayır və istənilən formada nəqliyyat vasitəsinin istismarına maneçilik yaradır.
Həmçinin dayanacaqda həmin marşrutu gözləyən sərnişinlərdə də qeyri-müəyyənlik yaradır.
Avtobusa minmək istəyən sərnişinlər plyonka səbəbindən salonun dolu və ya boş olduğunu görə bilmirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. BNA-nın mətbuat katibi Mais Ağayev sözügedən problemlə bağlı dəqiqləşdirmə apardıqdan sonra sorğumuza cavab verəcəyini açıqlayıb.
Beynəlxalq standartlara görə sürücünün sol və sağ əlinin altındakı şüşələrdə şəffaflıq müəyyən olunub ki, alın şüşə minimum 75 faiz, qabaq yan şüşələr isə sağ və sol minimum 70 faiz şəffaf olmalıdır.
Qabaq alın və qabaq yan şüşələrdə hər hansı pərdə və jalüzlərdən söhbət gedə bilməz.
Qeyd edək ki, 132 nömrəli marşrut Əhmədli metro stansiyası - Hövsan qəsəbəsi istiqamətində hərəkət edir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 26.09.2022
Avtobus sürücüsü şüşələrə PLYONKA çəkdi – Sərnişinlərdən ŞİKAYƏT
Hazırda oxunan: Avtobus sürücüsü şüşələrə PLYONKA çəkdi – Sərnişinlərdən ŞİKAYƏT
Hazırda oxunan: Avtobus sürücüsü şüşələrə PLYONKA çəkdi – Sərnişinlərdən ŞİKAYƏT
95811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.