“İnsan sevməsə necə yaşaya bilər, Həci?” – İlahiyyatçıdan Hacı Surxaya ETİRAZ

“İnsan sevməsə necə yaşaya bilər, Həci?” – İlahiyyatçıdan Hacı Surxaya ETİRAZ

Hazırda oxunan: “İnsan sevməsə necə yaşaya bilər, Həci?” – İlahiyyatçıdan Hacı Surxaya ETİRAZ

95796

“Qadını sevmək, ona qayğı göstərmək İslam dininin ən vacib əməllərindədndir. Təsadüfi deyil ki, Quranda "Kişilər" surəsi yoxdur, lakin "Nisa" yəni, "Qadınlar" surəsi var və orada qadınlara xas məsələlərdən bəhs olunur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan Hacı Surxayın “Qadın sevmək fitnə əməllərdən biridir” fikrinə münasibət olaraq bildirib.

İlahiyyatçının sözlərinə görə, fitnə bu yox, günün reallığında dövlətə, xalqa, sağlam inanca qarşı çıxmaqdır:

“İmam Cəfər Sadiqin belə bir sözü var: "Din yalnız sevgi-məhəbbətdir". İslam dinində insanlar öncə Allahı sevməlidir, sonra möminlər bir - birini sevməlidir və kişi qadını, qadın da kişini sevməlidir. Dünyada sevgisiz həyat yoxdur. Olsa da o həyat deyil. Hətta heyvanlar da bir-birini sevir. Sevginin əksi nifrətdir və uzaqlıqdır.

Peyğəmbər də öz həyat yoldaşı Xədicəni sevib, Xədicə də onu sevib, ona eşq elan edib və evləniblər. İmam Əli də həyat yoldaşı Fatiməni sevib. Hacı Surxaya üzümü tutub deyirəm: "İnsan sevməsə necə yaşaya bilər, Həci..." Bəs necə evlənməlidir insanlar?”

T.İrfanın fikrincə, çox ailənin dağılması məhz sevgisiz evlənməkləri ilə bağlıdır. Vara-dövlətə, qohumluğa, vəzifəyə görə valideynlər övladlarını evləndirir, sonra da dağılır:

“Fitnə İrana, İran müctəhidlərinə təqlid etmək və ölkə daxilində təxribat yaratmağa cəhd etməkdir. Fitnə iki məzhəbin arasını vurub, sünni - şiə söhbəti salmaqdır. Fitnə iki dostun, iki qardaşın arasını vurmaqdır.

Qadını sevmək hara, fitnə hara? Surxay bəy, İran kitablarını vaxtilə çox oxuyub yəqin, ona görə hələ onun təsirindən qurtula bilmir.

O cür fikirlər İranın yeritdiyi və din adı altında sırıdığı xurafat sistemində var ki, guya qadın evdən çölə çıxa bilməz, qadın ictimai işlərdə fəal ola bilməz, sərbəst geyinə bilməz və s. Allahın endirdiyi dində qadınlara sevgidən bəhs olunur.
Ona görə də Hacı Surxayın dediklərinin İslam dininə heç bir dəxli yoxdur”, - deyə ilahiyyatçı qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO