Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Hazırda oxunan: Güclü külək Mingəçevirdə fəsadlar törətdi

95709

Güclü külək Mingəçevirdə fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb.

Nəticədə həmin ünvanda 3 binada yaşayan 45 abonentə qaz verilişində fasilələr yaranıb.

Külək, həmçinin şəhərin Nizami, Nəriman Nərimanov, Aşıq Qurbani, Rəsul Rza küçələrində də müxtəlif növ ağacları kökündən qoparıb. Report.az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

Şəhərin müxtəlif ünvanlarında aşan ağaclar Mingəçevir Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfinən ərazidən götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO