Bakıda mənzildə partlayış - 1 nəfər yandı

Bakıda mənzildə partlayış - 1 nəfər yandı

Hazırda oxunan: Bakıda mənzildə partlayış - 1 nəfər yandı

9558

Bakıda mənzildə partlayış baş verib.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb.

Yanğın nəticəsində bitişik ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO