Metropoliten rəsmisi sosial narazılıqla RAZILAŞMADI: “Əsas vəzifəmiz sərnişin təhlükəsizliyidir” 

Metropoliten rəsmisi sosial narazılıqla RAZILAŞMADI: “Əsas vəzifəmiz sərnişin təhlükəsizliyidir” 

Hazırda oxunan: Metropoliten rəsmisi sosial narazılıqla RAZILAŞMADI: “Əsas vəzifəmiz sərnişin təhlükəsizliyidir” 

95571

Ötən gün “Bakı Metropoliteni”nin bəzi stansiyalarının girişində növbəlilik sistemi tətbiq olundu. Amma bu qərar sərnişinlər tərəfindən birmənalı qarşılanmadı. Əksər sərnişinlər məhdudiyyətlərdən şikayətçi oldular. 

Eksperiment hansı nəticəni verdi? 

Suala qurumum mətbuat katibi Bəxtiyar Məmmədov aydınlıq gətirdi. O Bizim.Media-ya açıqlamasında bunun yeni qayda olmadığını bildirdi:

“Bu bütün zamanlarda istifadə edilən metoddur. Çünki, metronun birinci vəzifəsi sərnişin təhlükəsizliyidir. Təsadüfi deyil ki, ötən gün metropolitendə xoşagəlməz heç bir hadisə baş vermədi. Xatırladım ki, pandemiyadan əvvəl də bu qaydalar tətbiq olunurdu. 2019-cu ildə metro bundan da çox sərnişin daşıyırdı. Bu gün də sutkada 700 mindən artıq sərnişin daşınır. Metropolitenin də əsas vəzifəsi platformada artıq yüklənmənin qarşısını almaqdır. Biz qatarlararası intervalı azalda bilmirik. Bu sırf texniki səbəblə bağlıdır. Bunun vaqon sayı və digər səbəblə bağlılığı yoxdur. Metrodakı iki xəttin bir stansiyada birləşməsi səbəbilə intervalı azaltmaq mümkün deyil. Stansiyaları da böyütmək olmur. Stansiyalar 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Ona görə də vaqonların da sayını da artırmaq mümkün deyil”.

Mətbuat katibi onu da əlavə etdi ki, məhdudiyyətlər aparılan müşahidələrdən sonra tətbiq edilir və günün müəyyən saatlarında olur:

“Ötən gün sosial şəbəkələrdə məlumat yayılıb ki, “Elmlər Akademiyası” stansiyasında giriş tamamilə bağlanıb”. Bu kökündən yanlış məlumatdır. Ötən gün bu stansiyanın 2 giriş qapısı daima açıq olub. Amma sərnişin sıxlığı yaranıb. Və qısa zamanda da aradan qaldırılıb. Bir daha təkrarlayıram ki, metronun platforma səviyyəsini qorumaq üçün zərurət yaranacağı təqdirdə stansiyalarda növbəlilik sistemi tətbiq ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO