Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

Hazırda oxunan: Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

95419

“Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) tərəfindən milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində yeni layihəyə start verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, metrologiya sahəsində ölçmə imkanlarının artırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq, yaradılacaq laboratoriyalarda sənaye və digər sahələrdə dəqiq ölçmələrin əhatə dairəsi genişlənəcək. 

Layihə çərçivəsində həmçinin, AZMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında əməkdaşlıq edilir, ixtisaslı kadrların hazırlanması məqsədilə təlimlər keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO