İşgəncəyə məruz qaldığı bildirilən 90 yaşlı qadının oğlu polisə çağrıldı - YENİLƏNİB

İşgəncəyə məruz qaldığı bildirilən 90 yaşlı qadının oğlu polisə çağrıldı - YENİLƏNİB

Hazırda oxunan: İşgəncəyə məruz qaldığı bildirilən 90 yaşlı qadının oğlu polisə çağrıldı - YENİLƏNİB

95392

Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu "Facebook"da məlumat verib.

Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülərin yayıldığını xatırladan T.Mərdanoğlu bildirib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.

Onun sözlərinə görə, ünvan müəyyən olunub və qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. 
 
Məlum olub ki, videoda əksini tapan görüntülər yeddi ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

12.20

Bakıda yaşlı qadına zorakılıq edilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılır. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək. 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 90 yaşlı qadın oğlu və gəlini tərəfindən alçaldıcı təhqirlərə məruz qalıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO