Qazaxda ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO 

Qazaxda ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO 

Hazırda oxunan: Qazaxda ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO 

95387

Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət Muradova və Faiq Məmmədov saxlanılıb.  

Dindirilmə zamanı saxlanılan şəxslər narkotik vasitəni evində xidmətçi işlədikləri Adil Qurbanovdan pul müqalibində aldıqlarını etiraf ediblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini Adil Qurbanov da saxlanılıb.

Onun evinə baxış zamanı ümumi çəkisi 295 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO