Məktəblə valideyn arasında tarazlıq niyə pozulub? – 7 SƏBƏB

Məktəblə valideyn arasında tarazlıq niyə pozulub? – 7 SƏBƏB

Hazırda oxunan: Məktəblə valideyn arasında tarazlıq niyə pozulub? – 7 SƏBƏB

95292

Bu gün şagird məktəbdə heç nə öyrənmir. Əksəriyyətin fikri bu cür formalaşıb. Çünki müstəqilliyin 30 ilində köhnə təhsil sitemindən imtina edib yerində özümüzün də hələ anlayıb sona çatdıra bilmədiyi həftəbecər bir sistem yaratdıq.

İndi şagird nə öyrənirsə, repetitorun yanında öyrənir. Ən pisi də odur ki, şagirdə heç nə verməyən məktəb hər zaman müstəsna hüquq sahibi kimi çıxış edir.

Bəs baxaq görək, məktəb hazırda şagirdə nə verir?

1. Pulsuz dərslik (O da hamısı yox, o qədər tədris əlavələri var ki, astarı üzündən baha başa gəlir).

2. Dərs prosesinin keçirildiyi əksərən natmam sinif otağı. 

Bəs valideynin bu prosesdə üzərinə nələr düşür?

1. Valideyn uşağı birinci sinifə hazırlıqlı gətirməlidir. İlkin ibtidai biliyi olmayan uşağı məktəb birinci sinifə qəbul etmir.

2. Dərs vəsaitlərinin təminatı da valideynin problemidir. Məktəbdə istənilən fənn üzrə şagirdlərə banklar, bunkerlər və digər yardımçı vəsaitlər aldırılır. Ortalama hər fən üzrə bu xərclər ilboyu 80-100 manat təşkil edir.

3. Məktəbli forması və digər ləvazimatlar.

4. “Süpürgə pulu”, “fond pulu” və digər adlarla alınan ödənişlər.

5. Məktəbdə keçirilən bütün tədbirlər valideynlərin yardımı ilə ərsəyə gəlir. Məsələn, İlk zəng, Son zəng, Əlifba bayramı, sinifdənkənar tədbirlər və sair.

6. Dərsdənkənar məşğələlərin təşkili.

7. Repetitor pulu. Bütün valideynlər az və çox dərəcədə 11 il ərzində repetitora pul verir. Maddi imkanı zəif olan valideynlər sona qədər repetitorlara pul verə bilməməsi səbəbindən uşağı ali məktəb sevdasından əl çəkir. Bu da onu sübut edir ki, şagirdi tələbə edən məktəb yox repetitorlardır. 

Amma bütün uğurları məktəb öz adına yazır. Zəif göstərici üçünsə məktəb heç bir məsuliyyəti yaxın buraxmır. Zəif şagirdə görə günahkar bütün hallarda valideyn çıxır.

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Elşən Qafarov Bizim.Media ilə söhbətində bütün pillərdə “kölgə təhsili”nin olmasından danışdı: 

“İndi bütün ölkədə “kölgə təhsili”nin bütün pillələrdə yayılıb və metostas verib. Bu prosesdə qazanan tərəf məktəb və yaxud təhsil sistemi, ziyan görən tərəfsə valideyn və şagirdlərdir. Bu gün təhsilin səviyyəsini qaldıran məktəblər deyil, repetitorlardır. O repetitorlar ki, vergidən yayınmaqla qazanc əldə edirlər. Ona görə də repetitorluğun inkişafı məktəblərə sərf edir”. 

Elşən Qafarov onu da əlavə etdi ki, zəif nəticə göstərən şagirdlər isə çox asanlıqla məktəblərdən çıxarılır: 

“Çünki, məktəblər statistika dalınca qaçırlar. Amma onlar unudurlar ki, məktəbin əsas vəzifəsi vətəndaş və şəxsiyyət yetişdirməkdir. Məktəb ali məktəblərə tələbə hazırlayan inkubator deyil. Bu da ondan irəli gəlir ki, məktəblərimizdəki mövcud idarəetmə sistemi doğru deyil. Hazırkı sistemdə qazanan tək tərəf məktəbdir. Həm dövlətdən kifayət qədər maddi yardım alır, həm də valideynlərdən. İtirənsə valideyndir, şagirddir və sonda millətdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO