“Valideynlərin açıq-saçıq münasibətini izləyən uşaqlarda PSİXİ POZUNTU baş verir” - PSİXOLOQ

“Valideynlərin açıq-saçıq münasibətini izləyən uşaqlarda PSİXİ POZUNTU baş verir” - PSİXOLOQ

Hazırda oxunan: “Valideynlərin açıq-saçıq münasibətini izləyən uşaqlarda PSİXİ POZUNTU baş verir” - PSİXOLOQ

95285

Son günlərdə mətbuatda tez-tez azyaşlıların həmyaşıdlarına qarşı cinsi təcavüz etməsi və yaxud da azyaşlıların cinsi zorakılığın qurbanına çevrilməsi haqda xəbərlər səngimək bilmir. Bu halların getdikcə artması cəmiyyətdə böyük narahatlığa səbəb olub.

Psixoloq Mədinə Rəsul Bizim.Media-ya açıqlamasında zorakılıq yaşının azalmasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, bu halların artması anti-sosial pozuntu ilə bağlıdır: 

"Sözügedən uşaqlar ya özləri daha çox cinsəl istismara məruz qalan və ya yeniyetməlik yaşına qədər hər hansısa şəxsin (valideynlərin) cinsi münasibətini gözləri ilə görüb, şahidi olublarsa, onlarda bu hadisə beyinlərində pozuntuya səbəb olur. Və bundan sonra davranışlarını yanlış şəkildə idarə etməyə başlayırlar.
Gördüklərini həmyaşıdlarının və ya heyvanlar üzərində göstərməyə, təcrübə etməyə çalışırlar. Və bu şəxslər sosial şəxsiyyət pozğunluğundan əziyyət çəkirlər, həmçinin cəmiyyət üçün ziyanlı da ola bilərlər. İmpulsiv meyillərə həvəsli olaraq affekt vəziyyətinə tez-tez düşə bilirlər. Bir çox oğurluq hadisələri, taciz, istismar edən şəxslər bu tip şəxslərin arasından çıxır".

Psixoloq ona görə də bildirib ki, bu məsələdə valideynlər özlərinə qarşı xüsusi diqqətcil olmalıdırlar. Bəzən ailə daxilində aşırı açıq-saçıqlıq, hislərin idarə edilə bilməməsi sonradan ciddi faciələrə yol açır:

“İndi hamı guya müasir olub, avropalıdırlar, amma mahiyyətini dərk etmədikləri davranışların sərgilənməsinin fəlsəfəsini anlamırlar. Avropa deyib, fransız və ya rus məişət tərzindən bəhrələnməkdənsə, daha gəlişmiş ailələrin münasibətindən, eləcə də mühafizəkar ingilis cəmiyyətindən örnək götürsələr məncə daha yaxşı olar.
Eyni zamanda israrla tövsiyyə edirəm ki, uşaqlarınızın müxtəlif saytlarda video parçaların izləməsinə də nəzarət edin. Sosial şəbəkələrdə erkən yaşlarda oturmasına icazə verməyin”.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO