Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, test imtahanının nəticələrinə əsasən, 310 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək üçün dəvət edilib. Müsahibədə ümumilikdə 283 nəfər iştirak edib.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:16 / 22.09.2022
Məktəblərdə direktor müavini olmaq istəyən 283 namizəd müsahibəyə qatıldı
Hazırda oxunan: Məktəblərdə direktor müavini olmaq istəyən 283 namizəd müsahibəyə qatıldı
Hazırda oxunan: Məktəblərdə direktor müavini olmaq istəyən 283 namizəd müsahibəyə qatıldı
95258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.