Yazıçılar Birliyinin qurultayı yenə TƏXİRƏ SALINDI – Məkan tapa BİLMİRLƏR

Yazıçılar Birliyinin qurultayı yenə TƏXİRƏ SALINDI – Məkan tapa BİLMİRLƏR

Hazırda oxunan: Yazıçılar Birliyinin qurultayı yenə TƏXİRƏ SALINDI – Məkan tapa BİLMİRLƏR

95190

Oktyabrın 5-nə planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB)  qurultayının vaxtı yenə dəyişdiriləcək. 

Bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib.

Onun özlərinə görə qurultayın keçiriməsi üçün oktyabrın 5-i də dəqiq deyil və məkan səbəbindən problem yaşayırlar.

“Qurultayın konkret vaxtı ayın sonlarında məlum olacaq. Amma oktyabr ayında keçirilməsi nəzərdə tutulur. Hazırlıq çox yüksək səviyyədə aparılır”.
Xəyal Rza onu da əlavə edib ki, hələki AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur. 

Qeyd edək ki, bəzi mülahizələrə görə Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək. Qurultay Bakıda keçiriləcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO