Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası dəyişir

Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası dəyişir

Hazırda oxunan: Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası dəyişir

95186

Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 25-ci (müsadirə edilən əmlak) maddəsinin icrası məqsədilə hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə məhkumluğun Azərbaycanda cəza təyinində nəzərə alınması qaydasında DƏYİŞİKLİK


Həmin maddəyə uyğun olaraq tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq müsadirə etdiyi əmlaka sərəncamı öz milli qanunvericiliyinə və inzibati prosedurlarına uyğun həyata keçirir.

Tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq digər tərəfin təqdim etdiyi sorğu əsasında hərəkət etdikdə tərəflər milli qanunvericiliyin yol verdiyi həddə və müvafiq sorğu təqdim edildikdə, cinayətdən zərərçəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması məqsədilə müsadirə olunmuş əmlakın sorğu edən tərəfə qaytarılmasının mümkünlüyünü prioritet olaraq olaraq nəzərdən keçirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO