Vətən müharibəsindən sonra Türkiyəyə müalicəyə göndərilən qazilərin SAYI AÇIQLANDI

Vətən müharibəsindən sonra Türkiyəyə müalicəyə göndərilən qazilərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Vətən müharibəsindən sonra Türkiyəyə müalicəyə göndərilən qazilərin SAYI AÇIQLANDI

95173

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət almış şəxslərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fondu vasitəsilə Vətən müharibəsindən ötən müddətdə 200-ə yaxın həmvətənimiz müalicə üçün Türkiyəyə göndərilib”.

Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onların böyük əksəriyyəti müalicələrini başa vuraraq vətənə geri dönüblər:

“Sağlamlıqlarına qovuşmuş şəxslərin arasında hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan şəhidlərimizin ailə üzvləri də yer alır. Həmçinin Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunaraq burada da müharibədə xəsarət almış şəxslərin sağlamlıqlarının bərpası prosesinə aktiv cəlb olunurlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO