"Öz evimə gəlmişəm, burada olmaqdan məmnunam".
Bizim.Media “report”a istinadən xəbər verir ki, bunu Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay “Shusha Chess 2022”nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Buna görə Azərbaycan şahmat ailəsinə təşəkkür edirəm. Burada Türkiyədən iki şahmatçı mübarizə aparır".
G.Tülayın sözlərinə görə, Şuşada olmaq çox gözəldir:
"Turnir məhz burada keçirildiyi üçün, işlərimin çoxluğuna baxmayaraq, dəvəti qəbul etdim. Öz torpaqlarımızı görmək, dəyərlərimizi hiss etmək mənim üçün çox qiymətlidir. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirirəm".
Federasiya prezidenti Şuşadakı ilk beynəlxalq şahmat turnirində nəticənin önəm daşımadığını söyləyib:
"Burada dünyanın ən yaxşı şahmatçıları çıxış edir. Mənə görə ən önəmlisi bu cür idmançıları Şuşada bir araya gətirməkdir".
Qeyd edək ki, bu gün start götürən turnir sentyabrın 24-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:42 / 22.09.2022
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"
Hazırda oxunan: Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"
Hazırda oxunan: Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"
95126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.