Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər məlumatlara aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, nazirliyin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iddiaları əsassız adlandırıb. Onun sözlərinə görə məlumatlar faktsız olmaqla yanaşı, heç bir həqiqəti əks etdirmir.
Qeyd olunub ki, Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.
Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır.
"Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq, yoxlanılıb, Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib", - deyə E.Hacıyev bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:18 / 24.01.2021
"Vətən Müharibəsində polis dövlət bayrağının müsadirə edib?" - DİN-dən CAVAB
Hazırda oxunan: "Vətən Müharibəsində polis dövlət bayrağının müsadirə edib?" - DİN-dən CAVAB
Hazırda oxunan: "Vətən Müharibəsində polis dövlət bayrağının müsadirə edib?" - DİN-dən CAVAB
9512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.