DYP universitet rektorlarına MÜRACİƏT ETDİ

DYP universitet rektorlarına MÜRACİƏT ETDİ

Hazırda oxunan: DYP universitet rektorlarına MÜRACİƏT ETDİ

95003

“Ali təhsil müəssisələrinin qarşısında olan vəziyyət olduqca narahatedicidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Ali məktəblərin binası qarşısında tıxacların daha çox müşahidə olduğunu vurğulayan DYP əməkdaşı bunları deyib: 

"Hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur, bu, başa düşüləndir, amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi bir məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz.
Gənc nəslin nümayəndələri - gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi misal çəkək, kimi nümunə göstərək?

Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı kənardan çox pis görünür və ictimai fikrə mənfi təsir edir. Universitetlərin rəhbərlərindən, təlim tərbiyə işlərini aparan pedaqoji kollektivlərindən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə-gənclər təşkilatlarının gündəliklərinə salsınlar.
Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı nizam-intizama hörmətlə yanaşan məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır.

İnanırıq ki, ictimai fəal gənclərimiz əslində çox sadə, lakin həyati əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dəstək olacaqlar.

Hər bir gəncimizin yolunun açıq olmasını, heç kimin gəncliyinin yollarda bitməməsini arzu edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO