Milli Məclisin iki deputatı 2020-ci ilin sentyabrın 27-də başlanan və 10 noyabra qədər davam edən Vətən müharibəsində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Tahir Kərimli məlumat verib.
“Bu gün radikal müxalifət və xaricdəki sapı özümüzdən olan baltalar deputatları da təhqir edirlər. Niyə təhqir edirsiniz? Vətən müharibəsində iki deputat – Siyavuş Novruzov və Novruz Aslan cəbhəyə könüllü yollanmaq üçün müraciət edib. Amma yaş amili nəzərə alınaraq, onları cəbhəyə yollamayıblar”, - deyə T.Kərimli əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 21.09.2022
Bu deputatlar Vətən Müharibəsində cəbhəyə getmək üçün könüllü olub - FOTO
Hazırda oxunan: Bu deputatlar Vətən Müharibəsində cəbhəyə getmək üçün könüllü olub - FOTO
Hazırda oxunan: Bu deputatlar Vətən Müharibəsində cəbhəyə getmək üçün könüllü olub - FOTO
94989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.