Sürət həddi 30 km/saata endirilən küçələrin SİYAHISI – Ekspert “bu bir zarafatdır” deyir

Sürət həddi 30 km/saata endirilən küçələrin SİYAHISI – Ekspert “bu bir zarafatdır” deyir

Hazırda oxunan: Sürət həddi 30 km/saata endirilən küçələrin SİYAHISI – Ekspert “bu bir zarafatdır” deyir

94985

“Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək”.

Bizim.Media xəbər verir ki, bu fikri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qeyd edib.

Onun sözlərinə görə, hərəkət sürətinin endirilməsi 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən bir təhlükəsizlik tədbirinə qoşulmaqdır:

“Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq son dəyişikliyi zarafat da hesab edə bilərik. Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün. Bu dəyişikliyin sadəcə bir effekti ola bilər. O da sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq”, - deyə Ə.Hüseynov bildirib.

Qeyd edək ki, paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılması. 30 km/saat limit zonaya daxil olan küçələr aşağıdakılardır:

1. Murtuza Muxtarov küçəsi,

2. Zərgərpalan küçəsi,

3. Mirzə Fətəli Axundzadə küçəsi,

4. Təbriz Xəlilbəyli küçəsi,

5. İslam Səfərli küçəsi,

6. Mirzə İbrahimov küçəsi,

7. Əlimərdan bəy Topçubaşov küçəsi,

8. Rəsul Rza küçəsi,(Xaqani  ilə  Zərifə Əliyeva küçələri arasında) 

9. Qoqol küçəsi,

10. Məmməd Əfəndiyev küçəsi,

11. Nabatxanım Aşurbəyova küçəsi,

12. Rza Quliyev küçəsi,

13. Həsən Abdullayev küçəsi,

14. Adil Babayev küçəsi,

15. Rostropoviçlər küçəsi,

16. Dilarə Əliyeva küçəsi, (Səməd Vurğun küçəsi ilə Azərbaycan pr. arasında)

17. Çingiz Mustafayev küçəsi,

18. Vidadi küçəsi,

19. Bəşir Səfəroğlu küçəsi,

20. Əlövsət Quliyev  küçəsi,

21. Həzi Aslanov küçəsi,

22. Tolstoy küçəsi,

23. Süleyman Tağızadə küçəsi,

24. Nizami küçəsi (Abdulla Şaiq  -  Azərbaycan pr arasında)

25. Əhməd Cavad küçəsi, ( Azərbaycan pr və Səid Rüstəmov  küçələri arasında)

26. Səid Rüstəmov küçəsi,

27. Tərlan Əliyarbəyov küçəsi,

28. H.Z Tağıyev küçəsi,

29. Yusif Məmmədəliyev küçəsi,

30. Əbdülkərim Əlizadə küçəsi,

31. Zərifə Əliyeva küçəsi, ( Rəsul Rza və Məmmədəmin Rəsulzadə küçələri arasında)

32. Yusif Məmmədəliyev küçəsi,

33. Yusif Bəy İbrahimli küçəsi.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO