İtirilmiş əşyanı sahibinə qaytaranda bəxşiş tələb edə bilərsiniz – Amma HANSI HALDA? 

İtirilmiş əşyanı sahibinə qaytaranda bəxşiş tələb edə bilərsiniz – Amma HANSI HALDA? 

Hazırda oxunan: İtirilmiş əşyanı sahibinə qaytaranda bəxşiş tələb edə bilərsiniz – Amma HANSI HALDA? 

94960

İtirilmiş əşyanı tapıb sahibinə və yaxud polisə təhvil verən insanlar sıramızda az deyil. Çoxları bunu sadəcə vətəndaşlıq borcu sayır.

Bəziləri isə bu “vətəndaşlıq borcu”nu unudaraq tapdıqları əşyaları və yaxud sənədlərə laqeyid yanaşır, cırıb atır və sair. Bəzi hallarda isə əşyanı tapan şəxslər onun qiymətli olduğu üçün mənimsəməyə çalışırlar. 
Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir? İtirilmiş əşyanı tapıb sahibinə qaytaran şəxsə hər hansı mükafat verilməlidirmi?

Hüquqşünas Şaiq Mirzəyev Bizim.Media-ya bildirdi ki, Mülki Məcəlləyə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı qaytarmalıdır.

“Əşyanı tapan şəxs polisə və yaxud əşyanın sahibinə məlumat verdikdən bir il sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya və bütün başqa hüquqlara da xitam verilir.

Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin 5 faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər.
Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququnu itirmiş olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO