Abşeronda ağır QƏZA - Ölən var 

Abşeronda ağır QƏZA - Ölən var 

Hazırda oxunan: Abşeronda ağır QƏZA - Ölən var 

94914

Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən "Şinkar Holding" MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Abdulxalıqov Nazim Babaverdi oğlu təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO