Abşeronda qızını öldürən ata MƏHKƏMƏ QARŞISINDA  

Abşeronda qızını öldürən ata MƏHKƏMƏ QARŞISINDA  

Hazırda oxunan: Abşeronda qızını öldürən ata MƏHKƏMƏ QARŞISINDA  

94710

Abşeron rayonunda qızını qətlə yetirməkdə ittiham olunan İftixar Davudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.  

İttihama görə, bu il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə Abşeron rayon prokurorluğuna məlumat verilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək, Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub. 
İstintaq orqanı tərəfindən İftixar Davudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan eidlib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO