İcra başçısı Bakıda müalicə alan yaralı hərbçilərlə görüşdü - FOTO

İcra başçısı Bakıda müalicə alan yaralı hərbçilərlə görüşdü - FOTO

Hazırda oxunan: İcra başçısı Bakıda müalicə alan yaralı hərbçilərlə görüşdü - FOTO

94661

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sərhəddə Ermənistanın təxribatların qarşısını alarkən yaralanan və hazırda Bakı şəhərində müalicə alan hərbi qulluqçularla görüşüb. 

Bizim.Media xəbər verir ki, icra başçısı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Tərtər rayon sakinləri olan hərbi qulluqçu Şamxallı Şamxal Fəxrəddin oğlunu, Cavadov Natiq Şahin oğlunu, Qarayev Süleyman Faiq oğlunu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan Nəcəfli Toğrul Mehdi oğlunu, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan Qarayev Əzizağa Sənan oğlunu və digər yaralıları ziyarət edərək, onların səhhəti və qayğıları ilə maraqlanıb. O, yaralılarımıza Allahdan şəfalar diləyib.

Hərbçilərimiz aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər.

Elgün Gəncimsoy, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO