Azərbaycana idxal olunan avtomobillərin SAYI AÇIQLANDI

Azərbaycana idxal olunan avtomobillərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Azərbaycana idxal olunan avtomobillərin SAYI AÇIQLANDI

94645

Yanvar-avqust aylarında Azərbaycana 657 milyon 980 min ABŞ dolları dəyərində 49 min 245 avtomobil idxal olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ölkəyə gətirilən avtomobillərin 329-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 38 min 140-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2717-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 176-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO