Generalın sabiq vəkili iş yerində qəfil öldü

Generalın sabiq vəkili iş yerində qəfil öldü

Hazırda oxunan: Generalın sabiq vəkili iş yerində qəfil öldü

94598

Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, vəkil, 1958-ci il təvəllüdlü Valeriy Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, 64 yaşlı vəkil vəfat edib.

V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.

Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO