Xaçmazın icra başçısı yaralı hərbçilərlə görüşdü - FOTO

Xaçmazın icra başçısı yaralı hərbçilərlə görüşdü - FOTO

Hazırda oxunan: Xaçmazın icra başçısı yaralı hərbçilərlə görüşdü - FOTO

94587

Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində bədən xəsarəti alan hərbi qulluqçular arasında Xaçmazdan olan hərbçilər də var.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz İH-nin başçısı Elnur Rzayev Silahlı Qüvvələrin Baş Kliniki Hərbi Hospitalında həmin yaralılara baş çəkib. 

İH başçısı Xaçmazdan olan hərbi qulluqçu Tural Ağcabəyov və digərləri ilə görüşündə onlara şəfa arzulayıb. O, dövlətin onlara daim dəstək və diqqət göstərəcəyindən danışıb.
Yaralı hərbçilər adından danışan Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Ağdamın azad olunnmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilən Tural Ağcabəyov Vətən yolunda həmişə vicdanla qulluq etməyə hazır olduqlarını bildirib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO