Həbsdəki oğluna narkotik keçirmək istəyən ata saxlanıldı

Həbsdəki oğluna narkotik keçirmək istəyən ata saxlanıldı

Hazırda oxunan: Həbsdəki oğluna narkotik keçirmək istəyən ata saxlanıldı

94501

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Penitensiar Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cəmil Qeysər oğlu Məmmədovla görüşə gəlmiş atası Şuşa rayon sakini Qeysər Cəmil oğlu Məmmədovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,106 qram narkotik maddə - marixuana aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO