Şəmkirdə 2 avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Şəmkirdə 2 avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Şəmkirdə 2 avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

94477

Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Yeni Həyat qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər, 1964-cü il təvəllüdlü  Ədalət Həsənov, 1992-ci il təvəllüdlü Röyal Əliyev və 2000-ci il təvəllüdlü Hüseyn Hüseynli xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO