Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Polis rəisi sərəncama göndərildi
Əmrə əsasən, polis mayoru Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edilib. O, buna qədər Göygöl DYPB-nin rəisi olub.
Xatırladaq ki GŞBPİ-nin DYP Şöbəsinin rəisi Rəhim Zalov bir neçə gün bundan əvvəl sərəncama götürülüb.
Bizim.Media