"İdarəetmə sahəsində islahatlar dərinləşməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır".
Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən müşavirədə bildirib.
Prezident "ASAN xidmət"ə insanların rahatçılığının təmin edilməsi üçün yeni funksiyaların verildiyini qeyd edib:
"Bu yaxınlarda imzaladığım Fərman əsasında “ASAN xidmət”x9də yeni funksiyalar verilibdir. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi “ASAN xidmət”x9ddə hər şey asan olacaq.
Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”x9də vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”x9din standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcəkdir. Mənim buna heç bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq".
İlham Əliyev sonda ölkənin uğurlu inkişafının davam edəcəyini vurğulayıb:
"Biz bütün işləri bu səpkidə görürük. Bir daha demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır".









































































































