Salyanda qəzada ölən şəxs Türkiyə vətəndaşıdır

Salyanda qəzada ölən şəxs Türkiyə vətəndaşıdır

Hazırda oxunan: Salyanda qəzada ölən şəxs Türkiyə vətəndaşıdır

94423

Salyanda qoşqunun altında qalaraq ölənin şəxsiyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, bu, Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Krutas Süleymandır.

MÖVZU İLƏ BAĞLI:

Salyanda yol qəzası: ÖLƏN VAR


İlkin məlumata görə, K.Süleyman idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən qoşqunun təkəri partlayıb.

Report.az-ın məlumatına görə, sürücü təkəri dəyişmək məqsədilə yük maşınını yolun təhlükəsiz hissəsinə çıxarıb. Bu zaman qoşqu sürüşüb və sürücü altında sıxılmış vəziyyətdə qalaraq ölüb.

Hadisə yerinə gələn FHN-nin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qalan sürücünun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO