Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
"Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə Müdafiə Nazirliyindən qeyd edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bizim.Media