Yol qəzalarında 2 piyada həyatını İTİRİB - DİN

Yol qəzalarında 2 piyada həyatını İTİRİB - DİN

Hazırda oxunan: Yol qəzalarında 2 piyada həyatını İTİRİB - DİN

94291

Ötən gün yol qəzalarında 2 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Belə ki, sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO