Moderator.az - a üz tutan valideynlərin şikayətlərini nəzərə alaraq saytın əməkdaşı 202 saylı bağça ətrafında qısa araşdırma aparmaqla bir çox məsələlərin üstünü açmağa müvəffəq olub...
Məlum məsələdir ki, bağçalara üz tutan valideynlərin ucdan tutma hamısını “bağçada yer yoxdur" deyib yola salırlar.
Xətai rayonu 202 saylı uşaq bağçasında da eyni "resept"dən istifadə olunur. Etiraf edək ki, sözügedən uşaq bağçası olduqca mükəmməl şəkildə yenidən təmirdən çıxıb. Valideynlərin sözlərinə görə, yenilənən yalnız bağçanın xarici görünüşü və şəraiti deyil. Yəni yenicə təmirdən çıxan 202 saylı uşaq bağçasının müdirəsi Sima xanımın qanunları və istəkləri də burada böyük önəm daşıyır.
Belə ki, bağçaya adi halda üz tutan valideynlərə yer olmadığı deyilir. Lakin Sima xanımın qəbuluna düşəndən sonra birdən - birə bağçada yer "tapılır" və uşağı qəbul edirlər. Haqlı sual meydana çıxır, axı görəsən Sima xanımın qəbuluna düşəndən sonra bağçada necə yer tapmaq mümkün olur? Çox gözəl! Valideynlərin iddialarına görə, bir uşağın uşaq bağçasına götürülməsi üçün valideyn nə az nə çox, düz 250 - 300 manatından keçməlidir. Adi halda bu məbləğ 300 manatdır. Lakin əgər uşaqlar eyni ailədən gəlirlərsə, Sima xanım insaf edib 50 manat endirim edir.
Sözügedən bu “xeyriyyəçi”x9d müdirə hər valideyndən hər uşağa görə 30 - 50 manat arası aylıq pul da toplayır. Pulu verməkdən imtina edənlərə və “burada hər şeyi dövlət təmin edir”x9d deyənlərə isə “ bağça özəlləşdirilib”x9d deyə cavab verilir. Görəsən dövlət hesabına tikilmiş uşaq bağçasını kim cürət edib özəlləşdirə bilər?
Hələ bu harasıdır? Hər valideynə bir övladını bağçaya düzəltmək bu gün Sima xanım kimi müdirələrin sayəsində ən az 500 - 600 manata başa gəlir.
Çünki pul ödəməklə hələ valideynin işi bitmir. Valideynə uşağın bağçada istifadə etdikləri ləvazimatlar belə aldırılır.
Uşaq başına tələb olunanlar bunlardır:
1. oturacaq, stul
2. yataq dəsti
3. dəsmal
4. sabun
5. nəm və quru salfet
6. su qabı
Valideynlərin dediyinə görə, bu siyahı bəzən uzana da bilir.
Bağçadakı mövcud duruma etiraz edən valideynlərə isə Sima xanım jurnalist olduğunu və heç kəsdən qorxmadığını bildirərək ötkəm cavab verir.
Qeyd edək ki, material övladları həmin bağçada olan bir neçə valideynin şikayəti əsasında hazırlanıb. Onlar əməkdaşımızı bağçaya dəvət etsələr də bəlli səbəblərdən adlarının çəkilməsini istəməyiblər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.































































































