ATV Gürcüstan Patriarxına cavab verdi

ATV Gürcüstan Patriarxına cavab verdi

Hazırda oxunan: ATV Gürcüstan Patriarxına cavab verdi

94214
“Hollivud filmlərində oxşar görüntülərin şahidi olmuşuq”x9d.

ATV kanalı Gürcüstan Patriarxlığının Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində çəkilən və internetdə yayılan videokadrlar ilə əlaqədar yaydığı bəyanata cavab verib.

Moderator.az bununla bağlı ATV kanalının yaydığı bəyanatı təqdim edir:

“Dini məbədlərdə hansısa filmin, tanıtım çarxının çəkilişi heç də bizə yad görüntü deyil. Hətta Hollivud filmlərində belə dəfələrlə oxşar görüntülərin şahidi olmuşuq.xa0

Fərqi yoxdur, kilsə olsun və yaxud da məscid. Bununla belə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, məlum videoçarxın çəkilməsində məqsəd kimlərinsə dini hissiyyatına toxunmaq yox, ümumilikdə Azərbaycanın tarixi yerlərini, təbiətini göstərməklə kanalın yeni mövsüm hazırlıqlarını təbliğ edən serial-çarxların hazırlanması olub.xa0

Gürcüstan Patriarxlığının narahatçılığı nəzərə alınaraq bu videoçarxın yayımı dayandırılıb. Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma bu nöqsan heç də Gürcüstanda dini məbədlərimizin ən ağır formada təhqirə məruz qalmasından böyük nöqsan deyil.xa0

Bu məsələyə xüsusi “həssaslıq”x9d göstərən bəzi həmkarlarımızdan və Gürcüstan Patriarxlığından eyni tolerantlığı gözləyirik”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO