Zəlzələ zamanı qorxan qadın:

Zəlzələ zamanı qorxan qadın: "Həyəcandan özümü balkondan atdım..."

Hazırda oxunan: Zəlzələ zamanı qorxan qadın: "Həyəcandan özümü balkondan atdım..."

93987
Ağdaşda zəlzələ zamanı evlərə, yardımçı tikililərə ziyan dəyib, binaların divarlarında çatlar əmələ gəlib, bəzi yerlərdə hasarlar dağılıb.

Zəlzələdə xəsarət alanlar da olub. 2 nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən aşağı atıb, bir nəfər qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb, 5 nəfər üzərinə şkaf düşdüyü üçün zədələnib.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özlərini yaşadıqları evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.

Vəfa İsmayılova həmn anları belə xatırlayıb: "Hər yer silkələndi, çıxış yolu tapa bilmədim, qapının yollarını itirdim. Çıxıb balkondan özümü atdım aşağı".

Qeyd edək ki, Ağdaşda ümumilikdə 26 nəfər həkimə müraciət edib ("Region TV").
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO