Sabiq deputat Gülər Əhmədova sosial şəbəkəyə qayıdıb. 2013-cü ilin fevralında həbs olunan və 1 il 3 aylıq həbs dönəmindən sonra 2014-cü ilin 5 mayında məhkəmə hökmü ilə azadlığa çıxan G.Əhmədova həmin gündən etibarən media və ictimaiyyətlə əlaqələrini minimuma endirmişdi. Həbsindən öncə ürək sözlərini və şifrəli mesajlarını facebook vasitəsilə cəmiyyətə, mediaya çatdıran G.Əhmədova azadlığa çıxandan sonra facebookda görünmürdü.
Əməkdaşımız sosial şəbəkədəki gəzişmə zamanı Gülər Mikayılqızı adlı profillə qarşılaşıb. Baş fotosu G.Əhmədovaya məxsus olan profildə sabiq deputata aid bütün məlumatlar- doğum tarixi, oxuduğu məktəb və s. dəqiqliklə qeyd edilib. Profilin gerçəkdən G.Əhmədovaya məxus olması ilə bağlı sualları isə dostluğunda olan şəxslərin kimliyi cavablandırır. Sabiq deputata yaxın şəxslər, xüsusən də ailə üzvləri (qardaşı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova) onun dostluğunda olduğu üçün bu profilin saxta olması ehtimalları da minimuma enir.
G.Əhmədovanın son statusuna diqqət: “Nişat Mehdiyev! Həyatımzı düzgün yaşamaq üçün bilməliyik ki, hamının həyatla mübarizə zamanı vaxtı gəlib yetişir. Sadəcə bu zaman özün üçün qərar verməlisən. Məğlub olacaqsan, ya qalib. Amma 5 şeyi unutma! 1. Heç kimi günahlandlrma. 2 Xarakterin düşdüyün vəziyyətdən daha üstün olsun 3 Bil ki, nəsə bizi öldürmürsə, daha güclü edir 4. Hər şərdə bir xeyir var 5 Allah heç bir bəndəsini tərk etmir!
31 avqustda isə G.Əhmədova Qubadlının işğal gününü xatırladıb: “Bu gun Qubadlının işğalı günüdür. Amma həm də bizim ailə üzvümüzün ad günüdür. Bu gün ad günü olanların hamısına arzulayıram ki, ad günlərindən bu tarix qələbə xəbəri ilə silinsin”x9d.





























































































