Şəhid Mirtalib Ağazadə Beyləqanda DƏFN EDİLDİ - FOTO

Şəhid Mirtalib Ağazadə Beyləqanda DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Şəhid Mirtalib Ağazadə Beyləqanda DƏFN EDİLDİ - FOTO

93867

Ermənistanın təxriabtları zamanı Kəlbəcər rayonu istiqamətində şəhid olan hərbi qulluqçu Ağazadə Mirtalib Mirheydər oğlu doğulduğu Beyləqan rayonunda dəfn edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Mirtalib Ağazadənin dəfn mərasimində Beyləqan və Xocavənd rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə yanaşı onun doğmaları və silahdaşları da iştirak edib. 

Şəhidin cənazəsi öncə doğulduğu İkinci Aşıqlı kəndinə gətirilib. Sonra isə oradan rayonun Şəhidlər Xiyabanına aparılaraqdəfn edilib. 

Şəhidin tabutunun üzərində gətirilən dövlət bayrağını əbədi xatirə kimi təhvil alan atası Mirheydər Ağazadə övladı ilə fəxr hissi duyduğunu qeyd edib.

Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO