Bakı-Sumqayıt qatarının əvvəlki hərəkət cədvəli bərpa edilir

Bakı-Sumqayıt qatarının əvvəlki hərəkət cədvəli bərpa edilir

Hazırda oxunan: Bakı-Sumqayıt qatarının əvvəlki hərəkət cədvəli bərpa edilir

93840

Sentyabrın 15-dən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunur. Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-ya bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq. 

Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənəcək. 

Xatırladaq ki, sentyabrın 3-14-də Biləcəri–Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi. 
2021-ci il oktyabrın 21-dən qüvvədə olan qatarların ənənəvi hərəkət cədvəli təqdim olunur.

Cədvəllə linkindən tanışmaq olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO