Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

Hazırda oxunan: Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

93609

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcə də təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO