Bakı ətrafı qəsəbələrdə kanalizasiya çəkilişi niyə gecikir?

Bakı ətrafı qəsəbələrdə kanalizasiya çəkilişi niyə gecikir?

Hazırda oxunan: Bakı ətrafı qəsəbələrdə kanalizasiya çəkilişi niyə gecikir?

936

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Bakı ətrafı qəsəbələrdə kanalizasiya olmayan ərazilərdə xətlərinin çəkilişi nəzərdə tutulub. Lakin bu proqramın icrası xeyli gecikir. Buna səbəb nədir?


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında buna səbəb kimi investisiya azlığını göstərir: “Azərsu ASC-nin baş planına uyğun olaraq Abşeron yarımadasında 7 min 100 metr kanalizasiya kollektoru və şəbəkələri qurulmalı idi. Lakin, bu plandakı işlərin yalnız 10 faizi icra olunub. Böyük bir hissəsində kanalizasiya icra strukturu qurulmayıb. Buna səbəb investisiya çatışmazlığıdır”.


Bu strukturun qurulmasının dövlət investisiyası hesabına başa gəldiyini qeyd edən A.Cəbrayıllı milyardlarla vəsaitin gərəkliyini qeyd edir: “Hər il görülən işlər üçün təxminən 100 milyon civarında vəsait ayrılır. Biz də hökumətin ayırdığı investisiyaya uyğun olaraq bu işləri mərhələlərlə icra etmək məcburiyyətindəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO