Xaçmaz rayonu sərhəddəki təxribatlarda ŞƏHİD VERDİ - FOTO

Xaçmaz rayonu sərhəddəki təxribatlarda ŞƏHİD VERDİ - FOTO

Hazırda oxunan: Xaçmaz rayonu sərhəddəki təxribatlarda ŞƏHİD VERDİ - FOTO

93591

Xaçmaz rayonu da ötən gecə sərhəddə baş verən hərbi toqquşmalarda şəhid verib. 

Xaçmaz rayon İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Fərzəliyevin Bizim.Media-ya verdiyi məlumata görə, Yaşmadakı hərbi hissənin baş giziri, 33 yaşlı Elnur Faiq oğlu Rüstəmov son hərbi toqquşmalarda şəhid olub.
 

MÖVZU İLƏ BAĞLI:

Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO


O, rayonun Əbilyafaq kəndindəndir. 

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO