Ermənistan qoşunları Zəngilanda da Azərbaycan sərhədçilərinə hücum edib.
Bizim.Media bu barədə haqqin.az Dövlət Sərhəd Xidmətindəki mənbəyə istinadən xəbər verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN
Bildirilir ki, Ermənistanın hərbçiləri Kəlbəcər və Laçın rayonları ilə yanaşı, dövlət sərhədinin Zəngilan rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd ediblər.
“Dövlət Sərhəd Xidmətinin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alaraq erməni hərbi birləşmələrinə güclü zərbələr endiriblər. Erməni hərbi birləşmələri ağır itkilər verib”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media