Paytaxt məktəblərində nə qədər şagird təhsil alacaq?

Paytaxt məktəblərində nə qədər şagird təhsil alacaq?

Hazırda oxunan: Paytaxt məktəblərində nə qədər şagird təhsil alacaq?

93522

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 484 731 şagird təhsil alacaq.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 200, IX sinfində 37 987, X sinfində 26 898, XI sinfində 25 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 320 beşyaşlının cəlb olunacağı gözlənilir.

2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 299 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO