Direktorlara rəsmi XƏBƏRDARLIQ – “Məktəbli formalarına tələb qoyula bilməz”

Direktorlara rəsmi XƏBƏRDARLIQ – “Məktəbli formalarına tələb qoyula bilməz”

Hazırda oxunan: Direktorlara rəsmi XƏBƏRDARLIQ – “Məktəbli formalarına tələb qoyula bilməz”

93376

“2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər”.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir:
 

MÖVZU İLƏ BAĞLI:

Nazir məktəbli formaları ilə bağlı problemlərdən DANIŞDI


“Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər. Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir”.

Qeyd edilib ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını "Bakı Tikiş Evi"ndən alması da mütləq deyil.

Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, bu gün Bakı Tikiş Evinin önündə övladına məktəbli forması almaq istəyən valideynlərin izdihamı yaşanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO