Xaçmazda yeraltı sərvət yerüstü sərvəti niyə məhv edir? – Ərazi satılıb, sahibi var - VİDEOFAKT

Xaçmazda yeraltı sərvət yerüstü sərvəti niyə məhv edir? – Ərazi satılıb, sahibi var - VİDEOFAKT

Hazırda oxunan: Xaçmazda yeraltı sərvət yerüstü sərvəti niyə məhv edir? – Ərazi satılıb, sahibi var - VİDEOFAKT

93339

Gəndab-Yalama yolunun Xaçmazın Qusarçay kəndi ərazisindən keçən hissəsində-yolun sağında yerləşən isti kükürdlü su birbaşa meşələrə axır.

Bizim.Media-nın əməkdaşları yerli sakinlərdən gələn məlumat əsasında ərazidə olub. 

Yerin təkindən fontan şəklində çıxan qaynar kükürdlü suyun meşə istiqamətinə axdığını öz gözlərimizlə şahidlik elədik. Ətrafda qaynar suyun buxarından və iyindən dayanmaq mümkün deyil.

Güclü təzyiqlə gələn su ətrafı bataqlığa çevirib. Bataqlığın çevrəsində isə ağaclar yavaş-yavaş qurumağa başlayıb. Suyun meşənin dərinliklərinə doğru axdığı istiqamətdə də ağacların quruduğu deyilir.
Vəziyyətlə bağlı Xaçmaz İH başçısının Qusarçay İƏD üzrə nümayəndəsi Nahid Hacıyevdən münasibət öyrəndik. 

İcra nümayəndəsi bildirdi ki, gördüyünüz mənzərə bizi də çox narahat edir. Ağaclar həqiqətən məhv olur:

“Bu ərazi 2 hektardır və özəlləşdirilib. Bakıda yaşayan bir sahibkara məxsusdur. Biz bu yerə şəxsi mülk olduğu üçün müdaxilə edə bilmirik. Dəfələrlə sahibkara bu barədə xəbərdarlıq etmişik, nəticə yoxdur".

Bizim.Media olaraq problemin araşdırılması ilə məşğuluq. Hələliksə, ərazidən çəkdiyimiz videonu diqqətinizə təqdim edirik.
 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO