Ali Məhkəmənin hakimləri Konstitusiya Məhkəməsinə niyə müraciət edib? - PROBLEM

Ali Məhkəmənin hakimləri Konstitusiya Məhkəməsinə niyə müraciət edib? - PROBLEM

Hazırda oxunan: Ali Məhkəmənin hakimləri Konstitusiya Məhkəməsinə niyə müraciət edib? - PROBLEM

93331

Ali Məhkəmənin bir qrup hakimi Konstitusiya Məhkəməsinə müraciət edib. Müraciətdə Ali Məhkəmənin Mülki Kollegiyanın hakimləri Mülki Məcəllənin 399.3, 421.3, 423.2, 424.3, 447-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş ediblər. 

Müraciətin açıq mahiyyəti ondan ibarətdir ki, aşağı instansiya məhkəmələrdə bankların kredit borclarının müştəridən geri tələbinə dair iddialarına müxtəlif cür yanaşılır. Bu da son nəticədə iddianın daha yuxarı məhkəmələrə daşınmasına və əsl həqiqətdən bəzən yayınmağa səbəb olur.
Məsələ ilə bağlı hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, təcrübədə bir çox banklar tərəfindən fiziki və hüquqi şəxslərə təklif olunan müqavilələrdə bir qayda olaraq öhdəliyin müəyyən müddətə gecikdirildiyi halda bankın bütün kreditin həmin günə yaranmış faizləri ilə birlikdə borcalandan tələb etmək hüququ nəzərdə tutulur.

Banklar tərəfindən həmin müqavilə şərti Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilədən birtərəfli qaydada imtina etmək hüququ kimi qəbul edilir.

Öhdəliyi müqavilədə müəyyən edilmiş müddət ərzində gecikdirən borclulara qarşı məhkəmələrdə qaldırılan bəzi iddialarda müqavilənin ləğv olunması və pulun tutulması tələb olunsa da, əksər banklar müqavilənin ləğvi barədə ayrıca iddia tələbi irəli sürmədən bütün əsas borcun və iddia verilən günə və ya qətnamə qəbul olunan günə yaranmış faiz və cərimə öhdəliyinin borcalandan tutulmasını tələb edirlər”.

Şaiq Mirzəyev daha sonra əlavə etdi ki, bu gün məhkəmə təcrübəsində qeyd olunan halda müqavilənin hansı andan ləğv edildiyi barədə vahid yanaşma yoxdur:

“Bir qrup hakim hesab edir ki, bankın bütün əsas borcun və həmin günə yaranmış faizlərin tələb olunması barədə borcluya bildiriş göndərməsi ilə tərəflər arasında müqavilə ləğv edilmiş olur. 
 

MÖVZU İLƏ BAĞLI:

Ali Məhkəmədən hakimlə bağlı yayılan məlumatlara MÜNASİBƏT


Bu mövqeyin tərəfdarları Mülki Məcəllənin 390.2, 427.1, 423 və 742.2-ci maddələrinə istinadla hesab edirlər ki, kredit müqavilələrində pulun qaytarılmalı olduğu son müddət dəqiq müəyyən edildiyi halda müqavilənin ləğvi barədə borcluya bildiriş göndərilmədən, yaxud müqavilənin ləğvi tələbi barədə məhkəmə iddia qaldırılmadan həmin müddət başa çatanadək bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb edə bilməz. 

Belə tələbin təmin olunması yalnız müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğvi yolu ilə mümkündür.

Ona görə də Ali Məhkəmə hakimlərinin müraciəti vaxtında edilmiş və düzğün bir müraciətdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO