Balakəndə qəzada ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Balakəndə qəzada ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Hazırda oxunan: Balakəndə qəzada ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

93290

Balakəndə ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, “KİA” markalı 50 EH 624 dövlət nömrə nişanlı minik avtomobili ilə “BMW” markalı 62 BO 530 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Apa.az-ın məlumatına görə, qəza zamanı “KİA” markalı avtomobildə olan sərnişin Balakən rayon sakini Pərviz Həbubullah oğlu Baradov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

“KİA” markalı avtomobilin sürücüsü Balakən rayon sakini İlham Kamil oğlu Taralov, sərnişini Balakən rayon sakini Teymur Mikayıl oğlu Layıcov və “BMW” markalı avtomobilin sürücüsü Zaqatala rayon sakini Cavid Rövşən oğlu Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumatda bildirilir ki, yaralıların müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

09.59

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO