Ağcabədi sakinləri Şəkidə qəzaya düşdülər

Ağcabədi sakinləri Şəkidə qəzaya düşdülər

Hazırda oxunan: Ağcabədi sakinləri Şəkidə qəzaya düşdülər

93250

Ağcabədi rayon sakinləri Şəkidə yol qəzasına düşüblər.

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndi ərazisində baş verib.

Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı sürücü Z.Əliyev xəsarət almasa da, onun sərnişini - 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Pənah Əfqan oğlu Alıyev aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Apa.az-ın məlumatına görə, faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO